adalet.az header logo
  • Bakı 20°C
24 Sentyabr 2021 11:31
1393
TEXNOLOGİYA
A- A+

Bu tarixədək bütün ölkə ərazisi internetlə təmin olunacaq

2024-cü ilədək Azərbaycanın bütün rayonları tam internetlə təmin olunacaq.

Adalet.az-ın məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, nazirliyin əsas tapşırıqlarından biri rəqəmsal transformasiya üçün zəruri infrastrukturun yaradılmasıdır:

"Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi internetlə çıxışla bağlı problem var. 2024-cü ilədək bütün Azərbaycan, hətta ən ucqar rayonlar belə fiber-optik internet bağlantısı ilə təmin olunacaq".