adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Sentyabr 2021 15:14
1334
DÜNYA
A- A+

İRANIN TƏLİMLƏRİ GÖVDƏ GÖSTƏRİCİSİNDƏN BAŞQA BİR ŞEY DEYİL

Deməli, İran Araz boyunda hərbi təlimlər keçir. Özdə ərazi hərbi təlimə keçmək üçün yararlı deyil. Çünki həmin bölgədə sırf azərbaycanlıların yaşadığı kəndlərdi, Aslandüz də demək olar ki, həmin bölgənin mərkəzidir.

Əvvəla, İranda da ağıllı adamlar var, dəxli yoxdu fars, ya azərbaycanlılar dövlətin mənafeyini qoruyurlar və bilirlər ki, bu təlimlər hansı faciələrə yol aça bilər.

İran heç vaxt Azərbaycana qarşı hansısa bir hərbi addım ata bilməz. Bunun çox səbəbi var.

Birincisi, Azərbaycan həmişə İrana qarşı mehriban qonşuluq siyasəti yürüdüb və yürüdəcək. Təbii ki, onlar səhv edənədək.

İkincisi, İranın Silahlı Qüvvələrinin az qala 65-70 faizini türklər, çox az miqdarda ərəblər və kürdlər təşkil edir və heç vaxt Azərbaycan türkü öz qardaşlarına silah işlətməz.

Üçüncüsü, bütün dünya, ABŞ, Almaniya, Fransa, ərəb ölkələri İranı parçalamaq üçün uzun illərdir müəyyən planlar qururlar və İrana embarqolar qoyublar. İranın açılacaq pəncərəsi Rusiyadı, bir də bir təsə dəyməyən Ermənistandır və bir də deyək ki, bizik.

Sadəcə olaraq İranda bir para ayətullasızallahlar bunu qavramaq gücündə deyillər.

İran bizlə dost olarsa, İran olaraq qalar və əks halda Yuqoslaviyanın gününə düşər.