adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Sentyabr 2021 12:58
1106
DÜNYA
A- A+

"Ukrayna ilə Rusiya arasında müharibə riski var"

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, onun ölkəsi üçün Rusiya ilə geniş müharibə başlaması ehtimalı var.

Kiyevdə keçirilən Brainstorming forumunda moderatorun sualını cavablandırarkən Zelenski bəyan edib li, "Hesab edirəm ki, mümkündür. Bu məsələ ilə bağlı potensal mövcuddur... Lakin bu Rusiyanın ən böyük səhvi olacaq, çünki bundan sonra Rusiya, Ukrayna, Belarusiya arasında qonşuluq olmayacaq".

Ukrayna prezidentinin fikirincə, onlar arasında düşmənçilik Mockvanın mediapolisdə apardığı hərəkətlərdən sonra yaranıb. "Problem ondadır ki, Rusiyanın informasiya məkanında Ukraynanın müstəqilliyinə hörmətlə yanaşılmır. Bu və ya digər polittexnoloqun guya "rus dünyasına" qarşı aparılan siyasətlə bsğlı və digər qarayaxmaları ukrayna xalqı ilə rusiya xalqları arasında uçurum yaratdı. Artıq münasibətlər demək olar ki, yoxdur"- deyə Zelenski bildirib.

Putinlə münasibətlər gəldikdə isə, Ukrayna prezidenti bəyan edib ki, "Bu barədə düşünməyə vaxtı yoxdur". " Qoy onun ölkəsi və özü inciməsin, məni ən çox maraqlandıran sual, biz məqsədli görüş keçirə bilərikmi?"- deyə prezident əlavə edib.

Ukraynanın baş naziri Dmitri Kuleba isə bildirib ki, "biz iki liderin görüşünə  hazırıq,  lakin Mockva bundan imtina edir". 

Rüstəm Hacıyev