adalet.az header logo
  • Bakı 19°C
06 Sentyabr 2021 13:33
1423
MARAQLI
A- A+

Bu gecə itləri bombaladılar...

İtlərin müharibədə istifadə edilməsi proqramı Sovet hökuməti tərəfindən 1924-cü ildə təsdiq edilib. İtlər xilasetmə, ilk yardım gətirmə, yemək daşıma, əlaqə, mina təmizləmə və başqa müxtəlif əməliyyatlar üçün öyrədilməyə başlandı.

İtlərin canlı bomba kimi öyrədilməsi 1930-1996-cı illər arasında Sovet ordusu və Rusiya tərəfindən davam etdirilib. II Dünya müharibəsində Sovet ordusunda 40 min it xidmət edib.

Əvvəlcə itlərin tanklara yaxınlaşması, bombanı buraxıb yenidən geri qayıtması planlanmışdı. Lakin məşq prosesində bu uğurlu olmadığ üçün itlərin canlı bomba kimi istifadə edilməsinə qərar verildi. İtlər tanklara təmas edən zaman bomba partlamalı idi.

Məşq zamanı itlər ac saxlanılırdı və tankların altına yemək yerləşdirilirdi. Daha sonra bu məşqi tankların mühərrikini işlədərək və güllə səsləri əlavə edərək davam etdilər.

Sovet hökuməti II Dünya müharibəsində bu itlərin 300 alman tankına zərər verdiyini açıqlaışdı. Bu açıqlamanın propoqanda məqsədli olduğu və həqiqəti əks etdirmədiyi iddia edilir. 

Müharibə zamanı atışma səsləri və yüksək gərginlik itlərin tanklara doğru yox geri qaçmasına səbəb olurmuş. Bu zaman həmin itlər öz ordularına zərər verməsin deyə öldürülməli olunurmuş. Dəhşətlidir…

Eyni proqram 1943-cü ildə ABŞ-da da başladılmışdır, lakin bir neçə ay sonra uğursuzluqlara görə sonlandırılmışdı.

Qeyd edək ki, müharibələrdə ən çox itlər bu məqsədlə istifadə edilib, amma eşşəklər, atlar və başqa heyvanlardan da istifadə edilib.

 

Eminquey