adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Sentyabr 2021 18:54
1169
İDMAN
A- A+

Ronaldo karantində qalacaq

Portuqaliya millisinin üzvü və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo beş gün karantində qalacaq.

Adalet.az xəbər verir ki, bu barədə Britaniya mtbuat məlumat yayıb. “Qırmızı şeytanlar” millinin düşərgəsindən ayrılıb, Mançesterə gələn 36 yaşlı hücumçu üçün yerli hökumətə karantinin ləğv edilməsi ilə bağlı müraciət etsə də, müsbət cavab almayıb.
 
Portuqaliyalı hücumçu koronavirus testi mənfi çıxdıqdan beş gün sonra komanda ilə məşqlərə başlaya biləcək.
 
Qeyd edək ki, Ronaldo millinin heyətində İrlandiyaya qarşı görüşdə (2:1) sarı vərəqə alaraq cəzalı duruma düşdüyünə görə, sentyabrın 7-də Azərbaycan yığması ilə oyun üçün Bakıya gəlməyəcək.