adalet.az header logo
  • Bakı 12°C
02 Sentyabr 2021 09:15
2050
TEXNOLOGİYA
A- A+

"Telegram"da yeni funksiyalar istifadəyə verildi

“Telegram” messencerində yeni funksiyalar istifadəyə verilib.

Adalet.az TASS-a istinadən xəbər verir ki, artıq tətbiqin yeni versiyasında qrup və kanallar daxilində qeyri-məhdud auditoriyaya malik videoyayımlar etmək mümkündür. Bu zaman tamaşaçılar da əllərini qaldırıb, yayımda iştirak edə biləcəklər.

Həmçinin, bundan sonra mesajların təkrar göndərilməsi zamanı ilk mənbənin adını və fotolar üzərindəki imzaları silmək mümkün olacaq.