adalet.az header logo
  • Bakı 22°C
31 Avqust 2021 13:40
2456
İDMAN
A- A+

Ronaldu "Mançester Yunayted"lə ikillik müqavilə imzalayıb

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubu ilə ikillik müqavilə imzalayıb.

Adalet.az-ın məlumatına görə, 36 yaşlı futbolçunun İtaliyanın "Yuventus" klubundan transfer məbləği 23 milyon avroya bərabər olub.

Qeyd edək ki, K.Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edirdi. O, Turin klubunda çıxış etdiyi müddət ərzində 134 oyuna 101 qol vurub, 2 dəfə İtaliya çempionu adını qazanıb.