adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Avqust 2021 12:18
969
ANALİZ
A- A+

Əhməd Məsudun şərti: "Əgər Taliban..."

Əhməd Məsud şərt irəli sürdü.

Adalet.az xəbər verir ki, Əfqanıstanın Pəndşer əyalətindəki müqavimət hərəkatının lideri Əhməd Məsud, "Taliban"ın ölkədə bütün insan haqlarına riayət etməklə inklyuziv hökumət qurması təqdirində, taliblərlə mübarizəni dayandırmağa və siyasətdən uzaqlaşmağa hazır olduğunu bəyan edib.

"Əgər taliblər halimiyyəti bölüşmək niyyətindədirsə, Əfqanıstanda ədalət, bərabərlik və azadlıq yaratmaq istəyərsə, mən geri çəkilməyə və siyasətdən getməyə hazıram"-deyə Əhməd Məsud bildirib.

Məsud bununla yanaşı, əks halda əyalətdə yeni Taliban hökumətinə qarşı mübarızənin davam edəcəyini qeyd edib.

Müqavimət lideri, xaricdən maliyyə dəstəyi almadığını, ölkədən qaçan prezident Əşrəf Qənini Talibanın tərəfini tutmağa bir çox xarici ölkələrin məcbur etdiyini vurğulayıb.

Rüstəm Hacıyev
 

Digər Xəbərlər