adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Avqust 2021 14:37
1040
İDMAN
A- A+

PSJ-nin məşqçisi: “Messi hələ özünün ən yaxşı formasından uzaqdır”

PSJ klubunun baş məşqçisi Maurisio Poçettino yeni transfer Lionel Messinin oyun hazırlığı ilə bağlı fikirlərini bölüşüb.

49 yaşlı argentinalı futbol mütəxəssisinin fikirlərini “RMC Sport” nəşri dərc edib.

“Leo yaxşı idi. O, hələ də özünün ən yaxşı formasından uzaqdır, amma yaxşı məşq edir və beynəlxalq fasilədən sonra özünün ən yaxşı keyfiyyətlərini bərpa edəcək”, - deyə M.Poçettino vurğulayıb.

Qeyd edək ki, L.Messi Fransa çempionatının dördüncü turunda “Reyms”lə matçda meydana çıxıb.

Argentinalı hücumçu 66-cı dəqiqədə Neymarın əvəzinə meydana daxil olub. Sözügedən görüş Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolun müəllifi Kilian Mbappe (16 və 63-cü dəqiqələr) olub.