adalet.az header logo
  • Bakı 17°C
26 Avqust 2021 21:25
1262
İDMAN
A- A+

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinin püşkü atılıb. Tədbirdə Avropanın 32 ən güclü klubu 8 qrupa bölünüb.

Püşkatma zamanı eyni ölkə təmsilçiləri fərqli qruplara salınıb.

Püşkatma nəticəsində qardaş Türkiyənin son çempionu “Beştiktaş”ın da rəqibləri bəlli olub.

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 14-15-də keçiriləcək.

A qrupu
"Mançester Siti" (İngiltərə)
PSJ (Fransa)
“Leypsiq” (Almaniya)
"Brügge" (Belçika)

B qrupu
"Atletiko" (İspaniya)
"Liverpul" (İngiltərə)
"Porto" (Portuqaliya)
"Milan" (İtaliya)

C qrupu
"Sportinq" (Portuqaliya)
"Borussiya" (Dortmund, Almaniya)
"Ayaks" (Niderland)
"Beşiktaş" (Türkiyə)

D qrupu
"İnter" (İtaliya)
"Real" (İspaniya)
"Şaxtyor" (Ukrayna)
"Şerif" (Moldova)

E qrupu
"Bavariya" (Almaniya)
"Barselona" (İspaniya)
"Benfika" (Portuqaliya)
"Dinamo" (Ukrayna)

F qrupu
"Vilyarreal" (İspaniya)
"Mançester Yunayted" (İngiltərə)
"Atalanta" (İtaliya)
"Yanq Boyz" (İsveçrə)

G qrupu
"Lill" (Fransa)
"Sevilya" (İspaniya)
"Zalsburq" (Avstriya)
"Volfsburq" (Almaniya)

H qrupu
"Çelsi" (İngiltərə)
"Yuventus" (İtaliya)
"Zenit" (Rusiya)
"Malmö" (İsveç)

adalet.az