adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Avqust 2021 12:32
1293
HÜQUQ
A- A+

Sabiq baş həkimin məhkəməsi bu dəfə də təxirə salındı:  QƏRAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Könül Abbasovanın məhkəməsi yenidən təxirə salınıb.

Adalet.az Report-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmə prosesindən yayındığına görə barəsində məcburi gətirilmə qərarı verilib.

Bugünkü prosesdə təqsirləndirilən şəxsin vəkili K.Abbasovanın stasionar müalicə aldığı, bu səbəbdən prosesdə iştirak edə bilməyəcəyi barədə sənəd təqdim edib.

Proses sentyabrın 17-nə təxirə salınıb.

Könül Abbasovanın Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətindən sui-istifadə edib ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almaqda təqsirləndirilir.

O, Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq etməklə rüşvət alma) maddələri üzrə ittiham olunur.