adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Avqust 2021 10:02
1140
İDMAN
A- A+

Tokio-2020: İlk paralimpiyaçımız mübarizəyə START VERİR

Bu gün Azərbaycan idmançıları Tokio-2020 Yay Paralimpiya oyunlarında mübarizəyə start verəcək.

Adalet.az  xəbər verir ki, yarışın növbəti günündə pauerliftinq idman növündə Pərvin Məmmədov qüvvəsini sınayacaq.

49 kq çəki dərəcəsində yer alan paralimpiyaçının çıxışı Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Azərbaycan komandası Tokio-2020-ə 36 lisenziya qazansa da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Beləliklə, ölkəni Oyunlarda 35 idmançı təmsil edəcək. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.