adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Avqust 2021 10:48
1410
İDMAN
A- A+

"Neftçi" İsrailə yollandı:  Tam heyətlə

"Neftçi" "Makkabi"yə qarşı keçirəcəyi Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün İsrailə yola düşüb.

Adalet.az xəbər verir ki, İsrailə ezam olunan əməkdaşının verdiyi məlumata görə, komanda səfərə tam heyətlə yollanıb.

"Ağ-qaralar"ın heyətində cəzalı Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı Hayfadakı matçda meydanda çıxmayacaq.

Qeyd edək ki, avqustun 26-da "Sami Offir" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.