adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Avqust 2021 15:41
1705
KRİMİNAL
A- A+

Prokurorluq: "Anasının tanışı tərfindən döyülüb öldürülən uşaq... "

Azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.

Goranboy rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, istintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.

Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İkram Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam etdirilir.