adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Avqust 2021 11:22
2133
MARAQLI
A- A+

Bütün azadlıqların məqsədi hasar əldə etməkdir

Tanınmış şair Aqşin Yenisey azadlığı qalın divarlar arxasında məcburiyyətə bənzədib.

Adalet.az həmin fikirləri təqdim edir:

“Evlərini pulunun miqdarına uyğun hündürlükdə hasarlarla gizləyən insanlara sosial insan demək olarmı? Sosial insan mağarada öldü. Azıxda.

Deyəcəksınız ki, bəs bina evlərində yaşayanlar da var, axı. Birincisi, onlar qədim Yunan-Roma aristokratiyasının zibilinə düşənlərdir. İkincisi isə, onların hasarları hələ yuxularındadır.

Sartr deyirdi ki, insan azadlığa məhkumdur. Amma harada? Qalın divarların, keçilməz hasarların arasında. Azadlıq təhlükədir. İnsan özünü tanıyandan azadlıqdan qaçır.

Müxtəlif siyasi azadlıqlar, söz və fikir azadlığı bunlar qondarma azadlıqlardır. Dünyada milyardlarla insan var ki, söz və fikir azadlığını alıb qoyub evə, heç hara qoyduğunu özü də bilmir.

Bütün siyasi azadlıqları olan fransız Mişel Fuko, məsələn, heç bir siyasi azadlıq tanımayan İran İslam İnqilabının heyranı idi.

Bütün azadlıqların məqsədi hasar əldə etməkdir!”

 

Emin