adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Avqust 2021 14:41
7342
KRİMİNAL
A- A+

Quba polisi əməliyyat keçirdi: 3 nəfər saxlanıldı

Xaşxaş-2021 şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Adalet.-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Şahin Şahkərəmov, Zaur Ömərov və Elşən Məcidov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin, heroin, metadon tərkibli həb və marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı istintaq aparılır.