adalet.az header logo
  • Bakı 20°C
21 Avqust 2021 13:19
8038
KRİMİNAL
A- A+

Cəlilabadda heroin və “patı” satanlar saxlanıldı

Cəlilabadda heroin və “patı”nın dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini H.Əsgərov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Cəlilabad RPŞ-nin əməkdaşlarının Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini M.Əhmədov saxlanılıb. Onun üzərində psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.