adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Avqust 2021 10:25
13510
KRİMİNAL
A- A+

Əkin sahəsində bacısını öldürdü

Avqustun 19-u saat 14 radələrində Bərdə rayonu, Uğurbəyli kənd sakini, 1994-cü il təvəllüdlü Nərminə Behbudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Adalet.az-a Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Fəqan Cabbarov yaşadıqları kəndin yaxınlığındakı əkin sahəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nərminə Behbudovanın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.