adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Avqust 2021 22:18
19008
İDMAN
A- A+

"Qarabağ" afrikalı hücumçu transfer etdi

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi seneqallı hücumçu İbrahima Vadjini transfer edib.

Son klubu Norveç "Haugesund"u olan 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Afrikalı oyunçu "Qarabağ"da 25 nömrəli formanı geyinəcək.