adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Avqust 2021 16:00
31148
İDMAN
A- A+

Rəsul Çunayev: “Vətənimizə layiqincə xidmət etmək üçün bizə sağlam gənclər lazımdır”

Mən çox sevinirəm, qürur duyuram ki, belə bir ölkədə yaşayıram. Cənab Prezidentimizə təşəkkür edirəm ki, bu qələbə hissini bizə yaşatdı. Biz gənclər daim onun yanında sıx birləşirik.

Adalet.az xəbər verir ki, bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Ağdamda bir qrup gənc və könüllü ilə birgə səfərdə olan Azərbaycanın güləş üzrə dünya çempionu Rəsul Çunayev deyib.

O bildirib ki, bu torpaqlar şəhidlərin qanı bahasına alınıb:

"Buna görə mən bütün şəhid ailələrinə dərin təşəkkürümü bildirir, qarşılarında baş əyirəm. Biz daim şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla anmalı, onları unutmamalıyıq. Həmçinin qazilərimizə də şəfa diləyirəm. Hər zaman onların yanındayıq. İnanıram ki, gözəl Qarabağımız yenidən qurulacaq və daha da inkişaf edəcək. Hər bir gənc şəxsi inkişafına böyük diqqət yetirməlidir. Çünki bizə güclü, sağlam, iradəli, savadlı gənclər lazımdır. Yalnız bu şəkildə vətənimiz üçün layiqincə xidmət edə bilərik".