adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
11 Avqust 2021 17:08
33042
İDMAN
A- A+

Messi: “Mən PSJ-ə sadəcə kömək üçün gəlmişəm”

Hücumçu Lionel Messi PSJ ilə gələcək planlarından danışıb.

Sports.ru-nun məlumatına görə, ulduz futbolçu bu sözləri PSJ klubuna transferinə həsr olunmuş mətbuat konfransında deyib.

“Düşünürəm ki, komandada Çempionlar Liqasını qazanmaq üçün lazımi səviyyə artıq mövcuddur. Komanda qələbəyə hazırdır. Yeni transferlər oldu. Mən sadəcə kömək üçün gəlmişəm və maksimum bacarığımı göstərəcəyəm. Məqsədim və arzum yenidən Çempionlar Liqasını qazanmaqdır. Düşünürəm ki, bu arzunu reallaşdırmaq üçün PSJ ən yaxşı yerdir. Bu komanda Çempionlar Liqasını qazanmağa çox yaxın idi. Ən yaxşı turnirdə ən yaxşı komandalar oynayır”, - deyə Lionel Messi bildirib.