adalet.az header logo
  • Bakı 20°C
09 Avqust 2021 13:57
34148
MARAQLI
A- A+

SİZ HEÇ BELƏ ANEKDOT EŞİTMƏMİŞDİNİZ

Bir ingilis, bir fransız və bir azərbaycanlı  təyyarə qəzası nəticəsində Afrikada düşürlər bir adamyeyən qəbiləyə. Qəbilə başçısı belə  bir şərt qoyur: ya  pul verəcəksiniz  sizi buraxacağıq, ya bir kisə soğan yeyəcəksiniz, azadsınız, ya da dalınıza əlli şallaq vuracağıq, ondan sonra xoş getdiniz.

İngilis dərhal  istənilən  məbləğdə  pul verir və minir bir qayıqa çıxıb gedir.

Fransız deyir ki, dalıma o qədər  vurublar ki, əlli şallaq nədir?

Fransızı  soyundurub bağlayırlar bir ağaca, əlli şalaq vururlar, ona da bir qayıq verirlər  gedir.

Azərbaycanlı  deyir ki, bir kisə soğan nədir ki, verin yeyim.

Gözü yaşara-yaşara 3-4 kilo soğan yeyir, görür day getmir, deyir:

- Məni şallaqlayın.

Onu da soyundurub bağlayırlar ağaca, başlayırlar  şallaqlamağa. Şallağın  sayı  30-a çatanda yalvara-yalvara deyir:

- Dayanın, deyin görüm nə qədər  pul verməliyəm?

İndi Mədəniyyət Nazirliyində  tutulan korrupsionerlər də yarım meşok  soğan yeyib, sonra  şallaqlanırlar və  sonra da deyirlər ki, dayanın, gətirək pulu verək. Belə-belə işlər.