adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Avqust 2021 10:06
34392
HÜQUQ
A- A+

Gəncədə anasını öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Gəncə şəhəri, Məhsəti qəsəbə sakini 1980-ci il təvəllüdlü Ramin Rüstəmovun iyulun 24-də anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi səbəbindən sonuncunun avqustun 7-də ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Adalet.az-ın sorğusuna cavab olaraq bildirilib.

Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.