adalet.az header logo
  • Bakı 18°C
05 Avqust 2021 16:00
43358
HÜQUQ
A- A+

Vüqar Səfərlinin məhkəməsi təxirə salındı - YENİLƏNİB

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Adalet.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətlə çıxış ediblər.

Məhkəmə baxışı avqustun 20-nə təyin edilib.

***

15:34

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Adalet.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılır.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış edir.