adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Avqust 2021 09:41
13539
MƏMLƏKƏT
A- A+

"Yanğınların söndürülməsində ən önəmli dəstəyi Azərbaycan göstərib" - Ərdoğan

Türkiyədə meşə yanğınlarının söndürülməsində ən önəmli dəstəyi Azərbaycan göstərib.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber" və "ATV" telekanallarına müsahibəsi zamanı deyib.

T.Ərdoğan qeyd edib ki, yanğınların söndürülməsi üçün 50-dən çox ölkədən və təşkilatdan dəstək göndərilib və ya təklif edilib:

"Onların hamısına bir daha öz adımdan və millətim adından təşəkkür etmək istəyirəm. Burada ən önəmlisi Azərbaycandır. Azərbaycan indiyə qədər təxminən 200 yanğınsöndürən göndərib. Onlar da yanğınların söndürülməsinə cəlb ediliblər".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət iki qrup və çox sayda texnika Türkiyəyə göndərilib. Bu gün səhər saatlarında isə Türkiyəyə daha 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən yola düşəcək.