adalet.az header logo
  • Bakı 20°C
05 Avqust 2021 09:25
17412
HADİSƏ
A- A+

Bakı-Sumqayıt yolunda ağır yol qəzası hərəkəti iflic etdi - FOTO

Bakı-Sumqayıt şossesində ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə magistral yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Isuzu” markalı kiçiktutumlu yük maşını yüksək sürətə “Mercedes” markalı minik avtomobilinə, sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilinin sürücüsü və “Mercedes”də olan sərnişin ağır bədən xəsarəti alıb.

Hazırda Bakı-Sumqayıt şossesinin paytaxt istiqamətində, beynəlxalq avtovağzalın yaxınlığında avtomobillərin hərəkətində tıxac yaranıb.