adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Avqust 2021 09:25
11744
MƏMLƏKƏT
A- A+

Ünvanlı sosial yardımın məbləği artıb

2021-ci ilin iyul ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artaraq 231,9 manatdan 259,3 manata çatıb.

Bu barədə Adalet.az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 % artım deməkdir.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyac meyarı 170 manatdır.