adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Avqust 2021 12:00
34009
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU : YAR ADI...

(Saralmış dəftərdən)

Bu  sevginin  çınqısı da  tonqaldı
Həsrətimin beli  bükük - donqardı...
Talehimdə  əvvl  yoxdu,  son  qardı - 
O  nə  səni, nə də  məni  yarıdır...

Fikir  düyün,göz  qan  dolu,  ürək  çat
Kədər  ilə  yüklənibdi  yaddaş  kart...
İndən  belə  ya  güllələ,  ya  daş  at -
Tənhalığım  -  ölümümlə  yarıdı!

Xəyal  yorğun, ümid  üzgün, qəm  çapar...
Mənim kimi  sevən  ancaq  qəm  tapar!
Kirpiyini   islatmağa  nəm  apar -
O  nəmə  də  yazılıbdı  yar  adı...