adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Avqust 2021 11:49
21941
DÜNYA
A- A+

Rusiyalı diplomatlar çətin durumda

ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays, jurnalistlərə bildirib ki, rusiyalı diplomatların hər biri, ABŞ-da işlədikləri üç ildən bir yenidən viza almaq üçün müraciət etməli, və yaxud ölkəni tərk etməkidirlər. Onlara və ailə üzvlərinə viza verilməsi məsələsinə ayrı-ayrılıqda, qanunvericiliyə müvafiq qaydada baxılacaq.

Daha əvvəl, Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Anatoli Antonov məlumat vermişdi ki, amerikan tərəfi onlara 3 sentyabr tarixinədək viza müddəti bitən 24 əməkdaşın siyahısını göndərib və onların bu tarixədək ölkə ərazilərini tərk etməsi tələb olunmuşdur. Səfir həmçinin qeyd etmişdir ki, 130-a yaxın əməkdaşın və onların ailə üzvlərinin viza müddətlərinin artırılması gözlənilir. Onun sözlərinə görə Vaşinqton rusiyalı diplomatların sıxışdırılması praktikası aparır.

Prays isə Antonovun fikirləriylə razılaşmadığını bildirərək, ABŞ -ın xarici diplomatların ABŞ -da fəaliyyətiylə bağlı limit təyin etdiyini, bir çox ölkələr üçün bu limitin 5 il müddətinə, Rusiya üçün isə 3 il müddədinə müəyyən edilib. İndivüdal müraciətlərə baxılaraq müddət vaxtı uzadıla bilər.

Ümumiyyətlə son dövrlərdə, Rusiya - ABŞ münasibətlərinin gərginləşməsiylə əlaqədar, rusitalı diplomatların bu ölkədə iş fəaliyyəti  vəziyyəti çətin duruma düşüb. Moskvanın Qərb bölgələrində konsulluq fəaliyyətinin dayandırılması, rusiyalı diplomatların bu ərazilərdə fəaliyyəti demək olar ki,  tamamilə dayandırılıb. Bundan başqa rusiyalı diplomatların kütləvi şəkildə ölkədən qovulması da diplomatik fəaliyyətə təsirsiz ötüşmür. İndi isə viza məsələsinin qəlizləşdirilməsi, işləri daha da çətin duruma salacaq.

Rusiya Xarici İşlər nazirliyi ABŞ -ın sanksiya kursunu seçməsinin,  iki ölkə xalqlarının maraqlarına xidmət etmədiyini vurğulayıb.

Rüstəm Hacıyev