adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Avqust 2021 09:39
18825
DÜNYA
A- A+

Daha bir ölkədə meşə yanğınları başladı

Şimali Makedoniyanın şərqindəki Koçana şəhərinin dağlıq bölgələrində meşə yanğını baş verib.

Adalet.az xəbər verir ki, paytaxt Skopyedən təxminən 100 kilometr aralıda olan şəhərdə küləyin təsiriylə yanğınların bəzi evlərə yayıldığı  bildirilib. 

Koçana Bələdiyyə Başçısı Nikolço İliyev şəhərin üç tərəfdən təhlükə altında olduğunu bildirərək yanğının söndürülməsi üçün qurumlardan kömək istəyib.