“YouTube” reklamları bağlamağı asanlaşdıracaq
“Google” şirkəti “YouTube”da reklamları bağlamaq üçün yeni bir funksiya - abunə seçimi təqdim etmək niyyətindədir.
Adalet.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
“Premium Lite” adlandırılan yeni xidmət “YouTube”un veb versiyasında, iOS, Android tətbiqlərində, ağıllı televizorlarda və oyun konsollarında aktiv olacaq. Bu xidmət əsnasında görüntüləri reklamsız izləmək olacaq.
Qeyd edək ki, indiyə qədər “Premium Lite”in bu xüsusiyyəti yalnız bir neçə Avropa ölkəsində test rejimində mövcud idi. Bunun üçün ayda 7 avro ödəmək təklif edilir (tam abunəlik 12 avrodur).
Digər Xəbərlər
28 Mart 2024 12:12
Rusiya Telegram-kanalı bloklayır?
20 Mart 2024 13:16Azərbaycanda "TikTok"a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? - AÇIQLAMA
20 Mart 2024 10:38Azərbaycanda Tiktokla bağlı yenilik
19 Mart 2024 13:46"Bakcell" maraqlı paylaşım edib
15 Mart 2024 17:59