adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Avqust 2021 09:10
20550
DÜNYA
A- A+

ABŞ "Delta" ştammına görə karantin məhdudiyyətləri tətbiq etməyəcək

ABŞ rəhbərliyi yeni “Delta” ştammına görə, ölkədə yenidən karantin məhdudiyyətləri tətbiq etmək niyyətində deyil.

Adalet.az-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki mətbuat konfransında deyib.

O bildirib: “Yenidən iş sahələrində məhdudiyyətlər olmayacaq. İqtisadi sahədə çox irəliləmişik”.

Ağ Evin sözcüsünə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bu həftə xeyli sayda qonağın iştirakı ilə 60 yaşını qeyd etməyinə dair sual verilib. C.Psaki sualı cavablandıraraq deyib: "Əlbəttə ki, hər kəsə tibb mütəxəssislərinin tövsiyələrinə riayət etməyi məsləhət görürük. Bildiyimə görə, keçmiş prezident tibb işçilərinin tövsiyələrinə əməl edərək vaksinasiyanın güclü tərəfdarıdır".