adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Avqust 2021 12:40
22696
DÜNYA
A- A+

Paşinyan baş nazir təyin edildi

"Vətəndaş müqaviləsi" partiyasının sədri Nikol Paşinyan baş nazir təyin edilib.

Adalet.az-ın erməni KİV-nə istinadən məlumatına görə, Ermənistan prezidenti Armen Sarkisyan Paşinyanın baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

XXX

12:23

Ermənistanda yeni seçilmiş parlamentin ilk iclasında "Vətəndaş müqaviləsi" partiyası Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Adalet.az-ın erməni KİV-nə istinadən məlumatına görə, hazırda baş nazir vəzifələrini icra edən N.Paşinyanın namizədliyi parlament çoxluğu tərəfindən dəstəklənib.

Ermənistan qanunvericiliyinə əsasən, ölkə prezidenti çoxluq tərəfindən dəstəklənən namizədi baş nazir elan etməlidir.

Bundan sonra 15 gün müddətində yeni hökumət formalaşdırılacaq.