adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2022 10:00
31081
ŞOU-BİZNES
A- A+

Karyerası şanlı, şəxsi həyatı nigahsız olan  model: Dəniz Akkaya - 45 yaş 

 Bu gün sosial mediada paylaşımları və açıqlamaları ilə tez-tez gündəmdə olan türkiyəli model və aparıcı Dəniz Akkaya 45  yaşına vida edir 


 Adalet.az xəbər verir ki, Dəniz 3 avqust 1977-ci ildə İstanbulda anadan olub. 1997-ci ildə qatıldığı “Best Model of Turkey” yarışmasında birinci oldu. Hazırda modellikdən uzaqlaşaraq öz işini qurub. 2013-cü ildən “Dasmine” şəxsi geyim firmasını işlədir. Adı bir çox iş adamı ilə çəkilib. Nigahsız birlikdə yaşadığı ünlü şəxslər olub. Hətta Dəniz rəfiqəsinin oğlu Gökmen Şeynova ilə birlikdə olduğu da Türkiyə mediasının gözündən yayınmayıb.


 Amma iş adamı Efe Önbilgin ilə nigahsız  birlikdəliyindən Ayşə adlı bir qız övladı var
Dəniz Akkayanın 44 yaşı olmasına baxmayaraq gən qızlara örnək ola biləcək bir bədən qurluşu var. 
 
Ötən ayların birində keçmiş maneken verdiyi reportajda “ölməz olmaq üçün özümə yaxşı baxıram” deyərək gündəm yaratmışdı. Akkaya bədən quruluşunun və sağlam yaşamasının sirrini açıqlayıb.
 
“Üç gün boks, üç gün atletika və fitness məşqlərim var. Spirtli içki qəbul etmirəm, arada özümə mükafat olaraq şirniyyatla və 3 dəfə protein tərkibli yeməklə qidalanıram. Aralarda qətiyyən yemirəm. Qəlyanaltıların səhv bir tətbiq olduğunu anladım. Səhər duran kimi bol su və kərəviz saplağının suyunu içirəm”, - deyə həftənin 6 günü idmanla məşğul olan Deniz Akkaya bildirib.

 

 

 Ötən il sosial media fenomeni, iş adamı Selin Ciğerci onu və həyat yoldaşı Gökhan Çırayını təhqir edən ifadələr işlətdiyini iddia edərək Deniz ilə bağlı məhkəməyə müraciət etmişdi. Model 3 gün məcburi həbs həyatı yaşadı.


 Əntiqə Rəşid