adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Avqust 2021 16:48
37155
SİYASƏT
A- A+

"Nyu York Tayms” Qəzzafnin oğlundan yazdı: Geri dönür

Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin oğullarından Seyfülislam Qəzzafi 10 il sonra üzə çıxıb.

Adalet.az xəbər verir ki, "Nyu York Tayms” qəzeti Seyfülislam Qəzzafinin müsahibəsini dərc edib.

49 yaşlı Qəzzafi müsahibəsində liviyalı siyasətçilərin ölkəyə fəlakətdən başqa bir şey gətirmədiklərini deyib.

“Ölkəyə təcavüz etdilər. Pul yox, təhlükəsizlik yox. Yanacaqdoldurma məntəqəsinə gedin, dizel yoxdur. Neft ixrac edirik, İtaliyaya təbii qaz veririk, İtaliyanın yarısını elektriklə təmin edirik, amma qaranlıqdayıq. Bu, fiaskodur”, - Qəzzafi bildirib.

Dekabrda keçiriləcək seçkilərə qatılacağını bildirən S.Qəzzafi deyib ki, 10 ildir xalqdan uzaqdayam, geri dönmək vaxtıdır.