adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Iyul 2021 11:56
16879
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

Bu gün Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub.

Adalet.az-ın məlumatına görə, açılış mərasimində Pakistan Parlamentinin sədri Əsəd Qeysər iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru Kamal Abdulla bildirib ki, bu mərkəzin açılışı iki xalqlar arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcək. O qeyd edib ki, bu insanlar bu mərkəz vasitəsilə Pakistan mədəniyyəti ilə yaxından tanış ola biləcəklər: “Biz artıq Pakistan Xarici Dillər Universiteti ilə əlaqələr qurmuşuq və ümid edirik ki, Pakistanda da Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq”.

Daha sonra çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib ki, bu mərkəzin açılması çox sevindirici hadisədir. Biz istərdik ki, bu mərkəz vasitəsilə Azərbaycan xalqını Pakistan mədəniyyəti ilə yaxından tanış olsun: “Bunun üçün biz də lazımi dəstək göstərəcəyik. Pakistan daim Azərbaycanın yanındadır. Müharibə dövründə, müharibədən sonra da Pakistan xalqının ürəyi Azərbaycan xalqı ilə birgədir”.
Daha sonra çıxış edən Ə.Qeysər bildirib ki, bu mərkəzin açılışı iki xalqın bir birinin mədəniyyəti ilə yaxından tanış olmasına imkan verəcək: “Biz iki ölkə arasında təhsil sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindəyik. Azərbaycanla Pakistan arasında tələbə mübadiləsi, d