adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
31 Iyul 2021 10:00
19929
DÜNYA
A- A+

Səudiyyə Ərtəbistanının turistləri qəbul edəcəyi tarix bilindi

Səudiyyə Ərəbistanı turizm vizası sahiblərinin koronavirus epidemiyası səbəbiylə təxminən bir il yarımlıq fasilədən sonra ölkəyə girişinə icazə veriləcəyini açıqlayıb.

“Turizm Nazirliyi 2021-ci il avqustun əvvəlindən etibarən krallığın qapılarını turistlərin üzünə açmaq və turist vizası sahibləri üçün girişləri buraxmaq qərarına gəldi”, - deyə ölkənin rəsmi agentliyi SPA bildirib.

Xəbərdə qeyd edilir ki, turist vizası sahibləri koronavirus peyvəndinin, rəsmi peyvənd sertifikatının və PCR testinin olması şərti ilə karantinə alınmadan ölkəyə daxil ola biləcəklər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2019-cu ilin sentyabrında COVID-19 tədbirləri çərçivəsində turist vizası sahiblərinin ölkəyə girişini dayandırıb.