adalet.az header logo
  • Bakı 12°C
30 Iyul 2021 13:13
25467
DÜNYA
A- A+

ŞOYQUDAN HƏYƏCAN TƏBİLİ

NATO Belarusiya sərhədlərinə yaxınlaşır

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, NATO -nun Rusiya və Belarus sərhədlərinə yerləşdirilməsi ciddi narahatlıq yaradır.

"Avropa zonasında hərbi qarşıdurmanı gücləndirir, NATO Rusiya və Belarus  sərhədlərinə cəmləşdirilir. Bu ciddi narahatçılıq yaradır"- deyə Şoyqu bəyan edib.

Müdafiə naziri qeyd edib ki, alyans hərbi infrastrukturunu təkmilləşdirir, hərbi ehtiyatını, hərbi texnikasının sayını  artırır və hücum əməliyyatlarının keçirilməsi zamanı əlavə qüvvələrin gətirilmədi marşurutlarını müəyyənləşdirir.

"Həmçinin Şimali Atlantika Alyansının Defender Europe təlimləri zamanı alyansın qərb qüvbələrinin əməliyyatlara cəlb olunması taktikası üzərində çalışılıb"- deyə Şoyqu əlavə edib.

Daha əvvəl Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko, NATO qoşunlarının dövlət sərhədləri yaxınlığına cəmləşməsi məsələsini müzakirə etmişdilər.

Rüstəm Hacıyev