adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Iyul 2021 21:16
33689
ANALİZ
A- A+

Vətən müharibəsinin iştirakçısı olan jurnalistə yeni vəzifə verildi: FHN-də

Tanınmış jurnalist, Vətən müharibəsinin iştirakçısı Pərviz Aslanov Fövqəladə Hallar Nazirliyində (FHN) yeni vəzifəyə təyin edilib.

Adalet.az  xəbər verir ki, bu barədə nazir general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, P.Aslanov FHN-in Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunub. FHN-in Mətbuat xidməti faktı təsdiqləyib.

 Qeyd edək ki, qalib ordumuzun igid zabitlərindən biri – baş leytenant Pərviz Aslanov da 44 günlük müharibədə öz sözünü demiş zabitlərimizdəndir. Pərviz müəllim 1975-ci ildə Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. Orta məktəbi elə həmin kənddə başa vurub. 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən doğma kəndi işğal olunub. Aslanovlar ailəsi elə o vaxtdan Bakıya pənah gətirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq jurnalistika” fakültəsinə daxil olur . İlk jurnalist fəaliyyətinə də “Ədalət” qəzetində başlayır. Pərviz universitetin nəzdində açılmış hərbi kafedrada biliklərə yiyələnmişdi. 2001-ci ildə həqiqi hərbi xidmətə çağrılanda o artıq BDU- ni leytenant olaraq başa vurmuşdu. Telejurnalist fəaliyyətinə İctimai TV başlayan Aslanov daha sonra LiderTV –də “Xəbərlər Departamenti”ndə redaktor işləyib. Ən böyük diləyi hərbi biliklərini torpaqlarımızın düşməndən azad olunması üçün başlayacaq haqq savaşında sınaqdan keçirmək idi. Baş leytenant 27 sentyabrda başlayan Vətən müharibəsində ağır amma şərəfli döyüş yolu keçib.Ali Baş Komandan İlham Əliyev tərəfindən Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Füzulinin azad olunmasına görə” və “ Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

P. Aslanov ailəlidir, 2 oğul övladı var.

 Əntiqə Rəşid

Digər Xəbərlər