adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Iyul 2021 10:28
23833
ANALİZ
A- A+

Avropanın " ikili standart"ı:   Ayrılan yardımda da "ədalət"SİZlik oldu

Hazırda nəinki Azərbaycanın eləcə də dünyanın bir çox ölkələrində həm siyasilərinin, həm də adi vətəndaşların müzakirəsində yeni bir mövzu daxil olub. 
Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinə yaxın 5 il üçün ayırdığı 17 milyard avro yardımı.... 


Adalet.az xəbər verir ki, 2 iyulda  qərar qəbul edilsədə , qərarın detalları , şərtləri hələ ki ciddi cəhdlə gizli saxlanılır. Məlumatda qeyd edilir ki, Avropa Birliyi Şərq Tərəfdaşlıq proqramına daxil olan, ancaq assosiasiya sazişi imzalamayan 3 ölkəyə – Azərbaycan, Belarus və Ermənistana Bərpa, Yenidənqurma və İslahatlar adlı yardım proqramını açıqlayıb. Sənəd iyulun 2-də Brüsseldə təqdim edilib.
Bu ölkələr arasında ən az vəsait ayrılan Azərbaycandır – 140 milyon avro. Gürcüstana 3,9 milyard, Belarusa isə 870 milyon avro vəsait ayrılıb.

Eyni proqram çərçivəsində Ermənistana əvvəlcə 1,6 milyard avro yardım ayrılsa da, sonradan daha 1 milyard faizsiz kredit verilməsi qərara alınıb. 

 Qeyd edək ki, vəsaitlər hissə-hissə, 5 il müddətində köçürüləcək.

 

İndi isə  dönək, Avropanın əvvəldən götürdüyü “ədalət” xəttinin müzakirəsinə...

 

 Avropadan sadəövcəsinə hələ də ədalət gözləyən vətəndaşlarımızı bu fakt ciddi narahat edib. Bir vətəndaş olaraq mən də  çox təəssüf hissi keçirdim. AB –nin də qayğısını əskik etmədiyi Ermənistan dövləti 30 ildir Azərbaycan torpaqlarında qanunsuz dövlət yaradaraq, talançılıq hərəkətləri edərək haqqımızı-hüququmuzu tapdalayıb. Aİ daxil olmaqla Avropada yerləşən bütün beynəlxalq təşkilatlar həmişə bu fakta susub. Hətta dolayısı ilə dəstək olublar. Necə dəstək olduqlarını isə nəzərinizə çatdırırıq:

 1. 2010 – oktyabr -Avropa Birliyi Ermənistana daha 165 milyon avro kredit ayırmaq haqqında qərara gəldi. Kredit Ermənistana 2012 –ci ildən verilməyə başladı  

2. 2010- noyabr - İqtisadi tənəzzülün içərisində boğulan Ermənistana növbəti yardım Avropadan gəldi. Avropa Birliyi 3 il ərzində rəsmi İrəvana 32 milyon avro yardım etdi.


3. 2011-fevral - Avropa Birliyi Ermənistana 100 milyon avro yardım ayırılmasını nəzərdə tutan proqramı təsdiqləyib. Məbləği  65 milyonu kredit, 35 milyonu isə pul yardımı şəklində ayırdı.


4. 2018- iyun -Suriyalı qaçqınların Ermənistana inteqrasiyası üçün Avropa Birliyi “Madad” fonduna üç milyon dollar ayırdı.

5. 2020- aprel -Avropa Birliyi koronovirus pandemiyasına qarşı zəruri tibbi ləvazimatların alınması üçün Şərq Tərəfdaşlığı ölkələri arasında ən az maliyyəni (14 milyon avro) Azərbaycana ayırıb. Gürcüstana 183 milyon, Belarusa 60 milyon, Moldovaya 87 milyon, Ukraynaya 190 milyon, Ermənistana isə 92 milyon avro ayırdı. 

6. 2020- dekabr - Avropa Birliyi Ermənistana koronavirusla mübarizə çərçivəsində 24 milyon avro yardım ayırıb. 

2020-cu il 19 noyabr - Avropa Komissiyası Dağlıq Qarabağda və onun ətrafında münaqişə nəticəsində ən çox zərər çəkən mülki şəxslərin həyati əhəmiyyətli yardımla təmin edilməsi üçün humanitar dəstəyə əlavə 3 milyon avro ayrıldığını elan etdi. Bu maliyyələşdirmə hərbi əməliyyatların başladığı oktyabrın əvvəlindən ilin sonuna qədər 900 min avroya əlavə olunacaq",  

Görəsən münaqişə nəticəsində azərbaycanlılar zərər görmədimi? Yaxudda, Avropa Komissiyası bunu görmədi , görməzdən gəldi?

 30 illik işğala öz gücü hesabına  son qoyan Azərbaycan dövlətinin 20 faiz torpaqları Ermənistan Silahlı Qüvvələri tərəfindən darmadağın edilib. Azad olunmuş ərazilərimizin təxminən 17  faizi yaşamaq üçün yarasız vəziyyətdədir. Görəsən, Aİ bu faktı niyə unudub? 

  P.S. Bilirsiniz, Azərbaycana dəyən ziyanın 50 milyard dollardan çox olduğu, hesablamanın bir beynəlxalq təşkilat tərəfindən aparıldığı deyilir. Zənnimcə, Ermənistan dövlətindən haqqımız olan təzminatı  tələb etməyin vaxtıdır

 Əntiqə Rəşid
 

Digər Xəbərlər