“Instagram”da yeniliklər edilib
“Instagram” sosial şəbəkəsi istifadəçilər üçün bir sıra yeniliklər həyata keçirib.
Bu barədə şəbəkənin sahibi olan “Facebook” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, “Reels” qısa videoçarxlarının müddəti 30 saniyədən 60 saniyəyədək artırılıb.
Həmçinin, “Instagram”dakı daha bir yenilik 16 yaşadək olan istifadəçilərin yeni səhifələri ilə bağlıdır. Bundan sonra həmin səhifələrin yeni açılarkən qapalı olacağı bildirilib.
Bununla yanaşı, sosial şəbəkə reklamçıların gəncləri müxtəlif reklam kampaniyalarına cəlb etmək imkanlarını məhdudlaşdıracaq, eləcə də, şübhəli hesablar üçün uşaq səhifələrinin axtarışını çətinləşdirəcək.
Digər Xəbərlər
23 Aprel 2024 16:55
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Aprel 2024 16:47Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Aprel 2024 16:44İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
23 Aprel 2024 16:40Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyevin bütün SSRİ xalqları qarşısında danılmaz, müstəsna xidmətləri olub”
23 Aprel 2024 16:27