adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Iyul 2021 09:49
38576
SİYASƏT
A- A+

"Ermənistanın sərhəd bölgələrinə hücumları regionda təhlükəsizliyə təhdiddir" - Mustafa Şentop

Ermənistanın Naxçıvana və Azərbaycanın digər sərhəd bölgələrinə hücumları regionda təhlükəsizliyə təhdiddir.

Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Şentop bildirib ki, bu hücumlar Ermənistanın bölgə müharibəsi çıxarmaq potensialı olduğunu göstərdi.
M.Şentop Türkiyə daim Azərbaycanın yanındadır: “Mən 44 günlük Vətən müharibəsi zamanı da Bakıya gəlmişdim, o zaman da Azərbaycanın yanında idik. Ermənistanın mülki insanlara qarşı cinayətlərinə diqqət çəkmək üçün Gəncəyə getdik, yaralıları da ziyarət etdik”.