adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Iyul 2021 19:11
61145
SİYASƏT
A- A+

Xankəndi məgər Rusiya subyektidir?

Xəbər verdiyimiz kimi, ilə Rusiya şəxsiyyət vəsiqəsi ilə Qarabağa keçə bilib. O, dostu ilə həyata keçirdiyi səfərini əvvəldən sona qədər lentə alıb və öz “Yutub” kanalında yerləşdirib. Vasilyev yol boyu ermənilərlə söhbət apararaq Qarabağa kimlərin buraxıldığını soruşub. O bildirib ki, rus sülhməramlıların olduğu ilk yoxlanış məntəqəsinə çatdıqda Rusiya şəxsiyyət vəsiqəsi ilə buraxılacağını düşünməyib. Lakin ona heç bir problem yaratmadan buraxıblar. Daha sonra səfərini davam etdirən S. Vasilyev ikinci məntəqəyə çatdıqda onlara xaricilərin buraxılmadığını desələr də, sonradan buraxıblar. Blogerin lentə aldığı kadrlardan bir erməninin maşınında Şuşa şəhərinə qədər gəldiyini, daha sonradan Xankəndinə getdiyini görmək mümkündür. O, rus sülhməramlıların olduğu bütün məntəqələrdən keçdiyini və Xankəndinə qədər gəldiyini deyir. Bütün video boyu rus bloger Qarabağda sərbəst şəkildə hərəkət edir.
Qeyd edək ki, 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycan Laçın dəhlizi üzrə yalnız hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Xatırladaq ki, MDB vətəndaşlarının Qarabağa buraxılmasında heç bir problem yoxdur, lakin bu buraxılış Laçın dəhlizindən deyil, rəsmi Bakının məsləhət biləcəyi istiqamətdən olmalıdır. Laçın dəhlizi yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar koridor rolunu oynayır.

Bu məsələyə münasibət bildirən Azərbaycan Kommunist Partiyasının rəhbəri Rauf Qurbanov “Adalet.az”-a açıqlamasında xarici vətəndaşın yalnız "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunun müvafiq maddəsinə uyğun olaraq, bu işlə əlaqədar orqanlarının icazəsi ilə ölkəmizin  ərazisinə daxil ola biləcəyini dedi:

“Rusiyalı blogerin ölkəsinin şəxsiyyə vəsiqəsi ilə Azərbaycan Respublikasının müvafiq orqanlarının razılığı olmadan Azərbaycan sərhədini keçməsi ciddi qanun pozuntusu, hətta deyərdim ki cinayətdir. Çünki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında sərhədlərin maneəsiz keçilməsi barədə rəsmi razılaşma yoxdur . Xüsusi ilə də nəzərə alsaq ki, həmin bloger Azərbaycanın 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazisinə, Qarabağa daxil olub və orda video görüntülər aparıb bu ümumiyytlə 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və RF dövlət başçıları arasında imzalanmış razılaşmaya tamamı ilə ziddir. Azərbaycan Respublikasının dövlət sərhədi, Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Bu hüdudu Azərbaycan Dövlətinin müvafiq orqanlarının rəsmi icazəsi olmadan kimliyindən asılı olmayaraq kiminsə keçməsi Azərbaycan Respublikasının suverenliyinə və onun ərazi bütövlüyünə hörmətsizlikdir və yol verilməzdir. Hesab edirəm ki, belə halın baş verməsi təsadüfü ola bilməz. Bu təxribat xarakterli bir hadisədir. Bu gün blogerin, sabah bir jurnalistin, daha birisi gün rəsmi bir şəxsin Azərbaycanın müvafiq orqanlarının icazəsi olmadan bölgəyə səfər etməsi mövcud şəraiti daha da gərginləşdirər və dövlətlər arasında münasibətlərin pozulmasına gətirib çıxarar”.

Partiya sədri onu da vurğuladı ki,  Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisə ilə əlaqədar RF-nın müvafiq orqanlarına öz ehtirazını bildirməli və rəsmi nota verməlidir. “Rusiya Federasiyasının Azərbaycanda fəaliyyət göstərən fövqaladə və səlahiyyətli səfiri XİN-nə dəvət olunmalı və bu məsələyə aydınlıq gətirməlidir”,- deyə R.Qurbanov fikrini tamamladı.


“10 noyabr razılaşmasına görə, Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfərlər haqqında son aylar çoxlu məlumatlar gəlir”.

Bu sözləri “Adalet.az”-a politoloq Yeganə Hacıyeva sözü gedən məsələyə münasibət bildirərkən söylədi:

“Bunlardan da biri bu günlərdə Rusiya pasportu ilə Qarabağa səfər edən bloger haqqındadır. Yol boyu çəkdiyi videodan da aydın olur ki, Rusiyalı bloger sülhməramlıların olduğu ilk yoxlanış məntəqəsində maneəsiz Rusiya şəxsiyyət vəsiqəsi ilə keçir. Daha sonra da heç bir problem yaratmadan səfərinə davam etdir, ikinci məntəqədən isə ona xaricilərin buraxılmadığını desələr də, sonradan çox sərbəst halda Qarabağ ərazilərinə keçir. Blogerin “You tube” kanalında paylaşdığı videokadrlardan görünür ki, daha sonra çox rahat şəkildə bir yerli erməninin maşınında Şuşa şəhərinə qədər gəlir, daha sonradan Xankəndinə geri qayıdır. Sülhməramlıların olduğu bütün məntəqələrdən keçir və Qarabağda sərbəst şəkildə hərəkət edir”.

Yeganə xanımın sözlərinə görə, 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycan Laçın dəhlizi üzrə yalnız hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. “Baxmayaraq ki, MDB vətəndaşlarının Qarabağa buraxılmasında heç bir problem yoxdur, lakin bu buraxılış Laçın dəhlizindən deyil, rəsmi Bakının məsləhət biləcəyi istiqamətdə həyata keçirilməlidir. Laçın dəhlizi yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar koridor rolunu oynayır və bu karidordan 3-cü ölkə vətəndaşlarının səfəri üçün rus sülhməramlıların icazə verməsi səlahiyyəti yoxdur. Çünki bu artıq Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanununu pozulmasıdır və buna görə də rus sülhməramlıları Azərbaycan tərəfinə bir izahat verməlidirlər”.

Politoloqun fikrincə, blogerin bu səfərinin məqsədi özü çoxlu suallar yaradır: “Məsələ ondadır ki, Qarabağ hazırda səfər üçün təhlükəli bölgələr sirasına aiddir, xarici səfərlər üçün bağlı bir bölgə olan Qarabağa rusiya vətəndaşı bloger səfər etməklə, qanunsuz turizmdə iştirak etmək görüntüsü yaradır. Uzun illər Qarabağ məhz qanunsuz turizm vəsaitləri hesabına maliyyə dayanıqlığını qismən də olsa təmin edib. Qarabağa səfər edən xaricilərin sayəsində onilliklər ərzində bu bölgənin maddi-mənəvi resursları talanıb. İndi bu da aydın olur ki, Rusiya sülhməramlıları bir sıra hallarda 10 noyabr razılaşmasına əməl etməməsi, səlahiyyətlərini aşaraq yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar koridoru 3-cü ölkə vətəndaşlarının səfəri üçün açıq etməsi Qarabağda həm də qanunsuz turizm, bölgənin maddi-mənəvi resurslarının talanması üçün şərait yaratmış olurlar”.

 

İLTİFAT