adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Iyul 2021 15:31
29886
HADİSƏ
A- A+

Rektor müşavirini bıçaqlayan şəxs də BDU-nun işçisi olub

27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Bu barədə Adalet.az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Məlumata görə, xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.

Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.