adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Iyul 2021 10:34
51911
İDMAN
A- A+

Tokio-2020:  Onlar finala yüksələ bilmədi

Azərbaycan idmançılarından xəbər var


Adalet.az xəbər verir ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.
10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Ruslan Lunyov yekunda 547 xal toplayaraq 20-ci yeri tutub. Bu nəticə isə onun həlledici mərhələyə çıxması üçün yetərli olmayıb.
Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

 


Velosipedin şosse növündə Elçin Əsədov finişə çata bilməyib. Ümumilikdə 234 km məsafə qət etməli olan Əsədov sona 127 km qalmışadək liderlər qrupunda olub. Lakin sonradan o, iştirakçılar sırasını tərk edib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) olimpiada ilə vidalaşıb. 

Əntiqə Rəşid