adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Iyul 2021 09:51
46078
HADİSƏ
A- A+

Xaçmazda 27 yaşlı kişi göldə batdı

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Şıxəmməd oğlu Məmmədov kənd ərazisində yerləşən göldə batıb.

Qeyd edək ki, mərhum ailəli olub, övladı yoxdur.

Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.