adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Iyul 2021 18:45
23282
SAĞLAMLIQ
A- A+

Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bu gün koronavirusdan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 782 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib. 2 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10448, bu günə qədər isə ümumilikdə 3 954 016 test icra olunub.