adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Iyul 2021 17:54
43289
ŞOU-BİZNES
A- A+

Şou-biznes nümayəndələri isti günlərdə nə edirlər? – Yenəmi dedi-qodu?

Çoxdandır şou-biznesimizin qalmaqallı xanımlarından xəbərimiz yoxdu.
Odur ki bu gün onların sosial şəbəkələrdə paylaşdıqları, TV kanallarda danışdıqlar mövzuları diqqətdən keçirdin.
 

 

Adalet. az xəbər verir ki,  yayın bu isti günlərində tempratur qaldıran mövzular varmış  və bizim də xəbərimiz yox...
Sizin üçün də maraqlıdırsa, oxuyun:

Samirə Əfəndi



"Eurovision" təmsilçilərimizdən olan Samirə Əfəndi "Üzə-düz" verilişində qonaq olub.
Veriliş zamanı müğənni ən böyük dəstəkçisi ailəsi olduğunu deyib:
"Ən yaxşı dəstəyi mən anamdan alıram. O, mənimçün nümunədir. Valideynlərimdən aldığım dəstəyi, heç kimdən ala bilmərəm! Onlar mənə heç vaxt sərhəd qoymurlar, yanımda olublar, seçim azadlığı veriblər! Çünki evin içində sən həm evin uşağı, həm də başqa Samira olursan. Uşağı nə qədər sıxmaq olar, mən artıq uşaq da deyiləm axı. Gülür. İnsan səhv də, düz də olsa, özü cavabdeh daşımalıdır yaşadıqlarına. Hər şey etibar, güvəndən aslıdır. Atam, anam məni yaxşı tanıyır, bilirlər ki, mən heç vaxt bilə-bilə gedib özümü oda atmaram! Düzgün tərbiyə almışam. O halda yanaram ki, özüm nə vaxtsa bilmədən. Bəxtim onda gətirdi ki, mənim əhatəm doğru insanlarla zəngindir. Yalandan qaçıram. Sənətə təzə gələndə anamın bir sözü var idi ki, qızım, sən hazırsanmı bütün bu dedi-qodu, söhbətlərə? Kimsə sevəcək, kimsə sevməyəcək! Psixoloji hazırsansa, başla. Yox əgər səhhətinə ziyan verəcəksən, hardasa qırılacaqsansa, mən yox deyirəm sənətinə. Mən hazırlıqlı idim bütün bunlara, pis nələrəsə qapanmıram. Kimsə nəsə deyəndə, əşşi deyib yola verirəm. Mən onsuz da onun cavabını verməyəcəm. Amma sabah daha gənc biri çıxıb onun cavabı verəndə görüm necə olacaq reaksiyası?! Bu həyat bumerangdır. Yaxşılıq da, pislik də geri dönür. Etdiyin hər şey gəlib öz yerini tapacaq".

Səidə Sultan

Müğənni Səidə Sultan izləyicilərin tənqidinə tuş gəlib.
Səidə məkanların birində rəqs edərkən görüntülənib. Həmin videonu sosial media hesabında paylaşan müğənni izləyicilərin tənqidinə tuş gəlib. Belə ki, onun hərəkətlərini izləyicilər birmənalı qarşılamayıb. Video qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb. Geyimidə heç geyim olmayıb....Day, necə rəqs etdiyini də özünüz təsəvvür edin....


Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyevanın mərhum rejissor Şahin Zəkizadə haqqında dediyi "Evlənən günə kimi məni sevdi" sözləri ətrafında qalmaqal bitmək bilmir.
Rejissorun xanımı Səbinə Zəkizadə məsələ ilə bağlı mediaya açıqlama verərək aktrisanı yalan danışmaqda ittiham edib.
Səbinənin dediklərinə Pərvin cavabsız qalmayıb. Məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edən aktrisa hər şeyi danışacağını deyib:


"Bayram günü məni qıcıqlandırmayın. Qoyun, yerimdə sakit oturum. İstəmirəm kimləsə konfliktə girim və qalmaqal yaşayım. Mən nə efirdə, nə həyatda yalan danışmışam və danışmayacam da. Buna görə hamı mənə düşmən olursa, başım-gözüm üstündə. Mən danışmasam belə, bilənlər hər şeyi gözəl bilir. Çox dirəşməyin, çox danışmayın, baş qaldırıb hər şeyi açığa çıxarmaq istəmirəm".

 Əntiqə Rəşid