adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Iyul 2021 12:42
16623
SAĞLAMLIQ
A- A+

ÇİN KORONAVİRUSLA BAĞLI TƏHQİQAT APARILMASINA İCAZƏ VERMİR

Çin ÜST-ün koronavirusun yaranmasının səbəblərinin araşdırılması üçün  təhqiqatların ikinci fazasına başlanmasına icazə vermir. Onlar hesab edirlər ki, ÜST-ün koronavirusla bağlı təhqiqat sənədlərinin forması, elmə hörmətsislikdir. Çinin səhiyyə nazirliyinin rəhbəri Tzen İsin bildirib ki, Pekin bu layihə ilə işləmək fikirində deyil.

" Çin hökuməti koronavirusla bağlı təhqiatların elmi cəhətdən  aparılmasını müdafiə edir. Biz koronavirusun meydana gəlmə səbəblərinin siyasiləşdirilməsinin əleyhinəyik"- deyə nazir bildirib.

Nazir, qeyd edib ki, təhqiqatların ikinci fazası, birinci fazanın nəticələrinə görə təhqiq edilməlidir.

COVİD-19 ilk dəfə Çinin Uxan şəhərində qeydə alınıb. İlkin məlumatlarda infeksiyanın virusologiya labaratoriyasından sızması şübhələri yaransa da, sonradan virusun gecəquşlarından insanlara keçməsi xəbərləri də yayılmağa başladı.

ÜST-ə üzv dövlətlər SARS -CoV-2 virusunun yayıldığı yerləri, həmçinin Uxan dəniz məhsulları satılan bazarlarda araşdırmalar aparmağı planlaşdırır.

Yarım milyon çinli isə Ümümdünya Səhiyyə Təşkilatına müraciət edərək, ABŞ - ın Fort-Detrikdəki bioloji labaratoriyasında araşdırma aparmağı tələb edirlər. Onların fikirincə epidemiyalar yaradan viruslar orada hazırlanır və bu labaratoriyaların yoxlanılması gələcəkdə yayılacaq daha təhlükəli virusların qarşısının alınması üçün vacibdir.

ABŞ  hərbi qüvvələrinə məxsus Fort - Detrikdəki hərbi bazasında fəaliyyət göstərən İnfeksion xəstəliklərin öyrənilməsi İnstitunda, Ebola, SARS, MERS və ospa kimi təhlükəli viruslar saxlanılır. Onların sızması çox təhlükəli vəziyyət yarada bilər. 

Çinlilərin ÜST-ə ünvanladıqları məktubda bildirlər ki, ABŞ da, 2019-cu ildə labaratoriyadan  COVİD-19 epidemiyasının sızması barədə dəqiq məlumatlar var. Lakin onlar milli təhlükəsizlik bəhanəsilə bu məlumatları açıqlamaqdan imtina edirlər. 

Qeyd olunur ki, Çin qərb nümayəndələrini Üxan virusologiya institutunda araşdırmalar aparmasına imkan yaradıb. Lakin ABŞ Fort-Detrikdəki labaratoriyalarda təqiqat aparılmasına icazə vermir.

Rüstəm Hacıyev