adalet.az header logo
  • Bakı 19°C
22 Iyul 2021 11:57
94863
ŞOU-BİZNES
A- A+

İlahə mövzusu qapandı: "Fəlakət"in  "Aytən" səmimiyyəti

Ekranlarımızın sevimli “Fəlakət”i - aktyor Elşən Orucovun xanımı İlahə Orucovadan boşanması böyük bir olaya çevrildiyi, dəfələrlə sosial şəbəkələrdə müzakirələrə səbəb olduğu hamımıza məlumdur.

Boşanmanın səbəbini bilməyən  sosial şəbəkə izləyiciləri sənətçinin keçmiş xanımı İlahə Orucovanı “top atəşinə”tutdular. Çünki  o, sosial media hesabında "Allahım, Şeyma Suabşı duası. Amin" deyə yazdığı statusdan sonra tənqid və təhqir atəşinə tutdular.

 

Bu günki fotolar isə bir çox tənqid və təhqir yazan izləyiciləri peşman olmağa vadar etdi.

 Beləki, sosial şəbəkələrdə yayılan fotolar yeni bir mövzunun açılmasına səbəb olub.

 Adalet.az xəbər verir ki, istedadlı aktyor birgə çəkildikləri filmlərdə dəfələrlə tərəf müqavili olan Aydan adlı videoblogerlə səmimi görüntüləri bu iddiaları artırıb.

Xatırladaq ki, Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucov həyat yoldaşı İlahədən 2019-cu ilin avqustunda ayrılıb. Cütlüyün rəsmi boşanması isə bir neçə ay əvvəl baş tutub.

 Əntiqə Rəşid